Mehdiabadda Hacıbaba Babayev qanunsuz tikintilərə niyə göz yumur?-Video
Bakının Binəqədi rayonu Mehdiabadda növbəti dəfə qanunsuz obyekt tikilir.
XALQ məlumat verir ki,paytaxtın Binəqədi rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yaşıllıq məhv edilərək qanunsuz obyekt tikintisi aparılır.
Son zamanlar Binəqədi rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı məlumat verilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Binəqədi rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
İddialara görə rayon ərazisində qanunsuz tikintilərə icra hakimiyyətinin başçısının müavini Hacıbaba Babayevin nəzarəti ilə həyata keçirilir. Bu məsələ ilə bağlı ölkə mətbuatında və sosial platformalarda məlumatlar dərc olunsada təkzib olunmayıb.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin münasibət öyrənmək mümkün olmadı. Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, 2018-cu ildən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.
Tikilən obyektin görüntülərini təqdim edirik: