media-22

Abşeron  rayonu Mehdiabadda növbəti dəfə qanunsuz obyekt tikilir.

media-11

XALQ məlumat verir ki,paytaxtın  Abşeron  rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində  yaşıllıq məhv edilərək qanunsuz obyekt tikintisi aparılır.

Son zamanlar Abşeron  rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı məlumat verilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında  Abşeron  rayonu Mehdiabad qəsəbəsi   28 may küçəsində  hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

İddialara görə rayon ərazisində qanunsuz tikintilərə icra hakimiyyətinin səlahiyyətli  şəxslərin nəzarəti ilə həyata keçirilir.  Bu məsələ ilə bağlı ölkə mətbuatında  və sosial platformalarda məlumatlar dərc olunsada təkzib olunmayıb.

Məsələ ilə bağlı Abşeron  rayon icra hakimiyyətinin münasibət öyrənmək  mümkün olmadı.  Həmçinin qanunsuz tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.


Qeyd edək ki, 2022-cu ildən Abşeron  rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Tikilən obyektin  görüntülərini təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər