media-sirabbb

“Sirab” sularının keyfiyyətinin aşağı düşdüyü barədə məlumatlar artmağa başlayıb.

 XALQ xəbər verir ki, artıq marketlərdə satılan sözügedən suların tərkibində ciddi dəyişiklik olduğuna dair məlumatlar mövcuddur.

Belə ki, tanınmış jurnalist Məğrur Əli Polad bu barədə yazıb ki, son günlər aldığı “Sirab” sularının tərkibinə ciddi şübhə edir. “Daimi olaraq “Sirab” sularından istifadə edirəm. 3-4 gün öncə “Bazarstore”un Bayıl filialından yarımlitirlik qazlı su aldım, qazsız çıxdı. İlk dəfə idi belə bir halla qarşılaşırdım. Fikir vermədim, düşündüm ki, bəlkə də yanılıram. Amma bu gün eyni hal təkrarlandı: həmin marketdən qazlı su adı ilə aldım, qazsız çıxdı. Hətta dadı da həmişəki deyildi. “Sirab” da sex suyu oldu?”

Qeyd edək ki, “Sirab” şirkətindən başqa xəbərlər də gəlir. Məlumatlara görə, şirkət işçilərini ixtisar etməyə başlayıb. Kütləvi şəkil alan bu ixtisarların hansı səbəbdən həyata keçirildiyi barədə işçilərə heç bir açıqlama verilmir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Tribuna.az


media-728x90banner

Bənzər xəbərlər