Abşeron rayonunda qanunsuz tikintilərə icra başçısı Abdin Fərzəliyev hansı şərtlərlə icazə verir? -Faktlar
Son aylar Abşeron rayonu müxtəlif təyinatlı obyektlərin inşa edildiyinin şahidi oluruq.
Bu tikililərin görüntüləri sosial şəbəkələrdə paylaşılır, geniş müzakirələrə çıxarılır, insanların narazılığı açıq şəkildə ifadə olunur. Ən əsası isə bu obyektlərin tikinti üçün uyğun olmayan ərazilərdə inşa edildiyi, yəni qanunsuz olduğu iddia edilir.
Lakin işin ən maraqlı tərəfi odur ki, bütün bu faktlara baxmayaraq heç bir rəsmi qurum rəsmi açıqlama vermək istəmir. Ümumiyyətlə, bu hansı yanaşmadır? Bu qurumların rəhbərləri özlərini nə hesab edirlər? Daha doğrusu, onların tabeliyində olan əraziləri satmaq, qanunsuz tikintilərə icazə vermək üçün hansı səlahiyyətləri var?
Bu gün Abşeron baxdıqda hansısa cəngəllik əraziləri xatırladan, sahibsiz bir məkana bənzədiyinin şahidi oluruq.
Halbuki hər birimiz xarici ölkələrə səfər edərkən təyyarə yerə enməyə yaxınlaşanda həmin ölkə və şəhər barədə ilk təəssüratı məhz yuxarıdan gördüyümüz mənzərə formalaşdırır: yaşıllıqlar, planlı küçələr, ardıcıl binalar, parklar və səliqəli şəhər görünüşü.
Abşeronda isə tam fərqli mənzərə ilə qarşılaşırıq – qarışıq işıqlar, üstü svetaforu xatırladan müxtəlif rəngli şiferli evlər, nizamsız və sistemsiz tikililər. Bu şəhəri bu günə məhz icra başçıları gətirib çıxarıb. Sistemsiz, nizamsız, kor-koranə satılan torpaqlarda nə gəldi tikilən ərazilər.
Bu prosesləri həyata keçirlən əksər məmurlar həbs olundu,amma böyük bir hissəsi hələ də vəzifədədir. Onlar bu gün də Abşeron rayonuna əllərindən gələn ziyanı vurmaqda davam edirlər.
Abşeron rayonunda vəziyyət fərqlidir. Bu ərazilərdə yerləşən gözəl mənzərəli dağlar, yamaclar qarış qarış satılıb icarəyə verilib, qanunsuz tikintilərin sayı ilə bağlı rekordlar qırılıb. Təbii sərvətlər şəxsi bizneslər üçün istifadə olunur. Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyevin adı bu proseslərdə tez-tez çəkilir. Qanun bağışlasa da, xalq bağışlasa da, bu hala salınan torpaq bizi bağışlamayacaq.
Təsəvvür edin, Abşeron rayonunda hər küçəsində hər dalanda qanunsuz obyekt tikilir, sosial şəbəkələrdə videosu yayılır, məhəllə sakinləri etiraz edir, deyir ki, bu tikinti qanunsuzdur. Amma icra hakimiyyətindən bir nəfər belə çıxıb cavab vermir.
Hörmətli, Abdin Fərzəliyev, əziz xalqa xidmət etməli olan məmurlar! Əğər bu tikililər qanunidirsə, çıxın açıqlama verin, sənədlərini göstərin, tikintilərin qaydalara uyğun aparılmasına nəzarət edin və bununla da məsələ bitsin.
Yox, susursunuzsa, deməli ya qanunsuz iş görürsünüz, ya da Azərbaycan qanunlarını və vətəndaşını heçə sayırsınız.
Belə halların qısa xronologiyasını təqdim edirik:
Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Xırdalanda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
Xırdalanda tikintini dayandırmışdı, indi isə hansı şətrlərə icazə verildi?

https://www.instagram.com/p/DTK9kOICGD-/
Abşeron rayonu Binəqədi Gənclər şəhərçiyində qanunsuz tikinti işlər aparılır.
Masazırda ağaclar mə*v edilərək binanın 1 mərtəbəsində obyekt açılır
Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?
Xırdalanda parkda bu tikintiyə hansı məmur icazə verib?

Xırdalanda qanunsuz tikintiyə necə icazə verib?
Qeyd olunan məlumatlar son aylarda sosial şəbələrdə yayılmış xəbərlərdir bunun bağlı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməsi ilə bağlı rəsmi məlumat yayımlanmayıb.











